Yuxarı

İsmayıllıda güclü sel: Maşınlar yolda qaldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:47

14 may 2020-ci il tarixində saat 16:35 radələrində bir saat ərzində İsmayıllı rayonunun Girdimançay-Qaranohur məntəqəsində güclü leysan yağış dolu ilə müşahidə edilib. Bir saat ərzində yağıntının miqdarı 42 mm olub.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Yağıntının miqdarı saat 20:00-da isə 49 mm təşkil edib. Nəticədə kənd təsərrüfatına və yollara ziyan dəyib. Çaydan sel keçib.

***

Bir neçə saat davam edən leysan yağışlarından sonra dağlardan gələn sel Şamaxı-Muğanlı-İsmayıllı yolunun Diyallı və Talıstan kəndləri ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinlik yaradıb.

Magistral yoldakı su ötürücüləri lil və çöküntülərlə dolduğu üçün yolu sel basıb. Sel-sularının dağlardan gətirdiyi iri daşlar, ağac kötükləri və lil qatı yolun bağlanmasına səbəb olub.

Nəticədə Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və geriyə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb. Sel-suları bəzi ərazilərdə avtomobillərin içərisinə də dolub. Hazırda İsmayıllı rayon yol-istismar idarəsinin texnikası əraziyə cəlb olunub, yolun açılması və nəqliyyatın hərəkətinin bərpası üçün tədbirlər görülür.

Tarix
2020.05.14 / 23:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla