Yuxarı

Bakıya maşının yük yerində gələn şəxs həbs edildi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası ilə mübarizədə tətbiq edilən sərt karantin qaydalarına zidd olaraq Bakı şəhərinə avtomobilin yük yerində gəlmək istəyən şəxs və nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunublar.

DIN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qaydalara əməl etməyən paytaxt sakini Anar Xəlilov bu gün Masazır qəsəbəsində yerləşən polis postunda saxlanılıb. Sürücü yoxlanılan zaman onun sərt karantin dövründə hərəkət icazəsinin olduğu müəyyən edilib. Amma sürücünün nəqliyyat vasitəsi yoxlanılarkən avtomobilin yük yerində bir nəfərin gizləndiyi məlum olub. Araşdırma zamanı həmin şəxsin Füzuli rayon sakini Tofiq Səfərov olduğu və onun sərt karantin rejimində hərəkət icazəsinin olmadığı müəyyən edilib. Sürücü və sərnişin saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətiriliblər.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulan qaydada protokol tərtib olunub. Onlar məhkəmənin qərarı ilə 20 sutka inzibati qaydada həbs ediliblər.

Tarix
2020.06.14 / 21:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla