Yuxarı

“Erməni mətbəxi” ilə bağlı şok fakt – Baş kulinar açıqladı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Erməni mətbəxi” ilə bağlı şok fakt – Baş kulinar açıqladı

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov erməni mətbəxi ilə bağlı maraqlı fakt ortaya qoyub.

Kult.az xəbər verir ki, Əmiraslanov öz şəxsi arxivindən erməni kulinar Boqos Piranyanın 1914-cü ildə erməni dilində nəşr olunmuş “Gənc aşpaz” kitabını təqdim edib:

“Şəxsi arxivimdən erməni mətbəxi ilə bağlı 4-cü kitabı sizə təqdim edirəm. Bu kitabın müəllifi 1914-1915-ci illərdə Mərzifonda (Türkiyə) Erməni Kulinariya Kollecinin müəllimi olmuş Boqos Piranyandır. O, bu kitabı gənc erməni aşpazları üçün yazıb. Onun oğlu da 1920-ci ildə erməni şagirdlərə erməni dilində bu kitabdan dərs deyib. Kitabda 243 yemək resepti var və aralarında erməni yeməklərinə aid heç nə yoxdur. Peşəkar aşpaz, erməni müəllim erməni kollecində oxuyan erməni tələbələri üçün erməni dilində yemək kitabı yazıb, erməni nəşriyyatında nəşr etdirib və erməni mətbəxindən bir dənə də olsun yemək reseptini təqdim etməyib?”

Tahir Əmiraslanov məsələ ilə bağlı sosial şəbəkə vasitəsilə erməni həmkarlarına səslənib:

“Hörmətli erməni həmkarlar, bu faktı şərh edə bilərsiniz? Bu, artıq ümumiyyətlə erməni milli mətbəxinin olmadığını göstərən dördüncü kitabdır. Bəlkə mən səhv edirəm? Sedrak Maulyan, Qriqori Antinyan!”

Tarix
2021.01.11 / 22:43
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla