Yuxarı

Bolduinə tapança verən şəxs əvvəlki filmdən qovulubmuş

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bolduinə tapança verən şəxs əvvəlki filmdən qovulubmuş

Alek Bolduinə həqiqi güllələrlə dolu tapança verən “Rust” filminin rejissor köməkçisi Deyv Holls 2019-cu ildə “Azadlıq yolu” (Freedom's Path) filminin çəkilişindən qovulubmuş.

Kult.az xəbər verir ki, bu barədə “Rocket Soul Studios” məlumat yayıb.

Məlumata görə, “Azadlıq yolu” filminin çəkiliş qrupunda rejissor köməkçisi vəzifəsində Deyv Holls olub. Çəkilişlər zamanı çəkiliş qrupunun üzvü rekvizit tapançadan yaralanıb. Yaralı işçi əvvəlcə çəkiliş meydançasında olan həkimlər tərəfindən müayinə olunub, daha sonra xəstəxanaya yerləşdirilib. Hadisədən sonra Holls işindən qovulub.

Qeyd edək ki, məşhur Hollivud aktyoru Alek Bolduin Nyu Meksikoda "Rust" filminin çəkiliş meydançasında təsadüfən operator və rejissoru güllələyib. Çəkiliş meydançasında olan aktyorlar boş patronlardan atəş açmalı idilər, lakin patronlar real olub. Hadisə nəticəsində 42 yaşlı operator Qalina Hatçins ölüb.

Tarix
2021.10.26 / 12:44
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

Moskvanın Zəngəzurla bağlı təhdidi: Rusiyanın planı nədir?

İranda bu şəxslər Azərbaycana qarşı... - Süleymani

Nümayəndə heyətimiz Kostanyanla görüşdü - Foto

Simonyan səfəri zamanı buna aydın cavab verməlidir...

Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video

Bayramovdan ATƏT açıqlaması: Bakı buna hazırdır

Firadan DİN-ə oğurluq ittihamı: nə baş verir? - Video/fakt

Azərbaycan və Estoniya XİN başçıları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla