Yuxarı

Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən kimdir? - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən kimdir? - Video

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, aprelin 26-ı gecə saat 01:32 radələrində Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99 BC 181 dövlət nömrə nişanlı, "Şevrolet Kruz" (Chevrolet Cruze) markalı avtomobilin sürücüsü Əziz Soltanpaşa oğlu Məlikov əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb.

Axar.az Avtosfer.az-a istinadən xəbər verir ki, sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən olub. Bəlli olub ki, Əziz Məlikov hazırda hərbi hissədə hərbi qulluqdadır.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə protokol tərtib olunub. O hazırda hərbi xidmətdə olduğu üçün iş hərbi məhkəməyə göndərilib.

Ə.Məlikovun hərbi xidmətdə ola-ola bu əməlləri törətməsi və video çəkərək sosial şəbəkələrdə paylaşması təəccüblə qarşılanıb. Onun tanınmış iş adamının oğlu olduğu bildirilir.

Tarix
2022.05.23 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

Mustafayev Rusiyada Overçuk və Emin Ağalarovla görüşdü

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla