Yuxarı

Nazirlik “Toppuş bacı”nın ölümü ilə bağlı nekroloq yaydı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik “Toppuş bacı”nın ölümü ilə bağlı nekroloq yaydı

Əməkdar artist Tünzalə Əliyevanın yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib.

Kult.az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əməkdar artist Tünzalə Əliyevanın ölümü ilə bağlı nekroloqunda yer alıb.

“Azərbaycan mədəniyyətinə itki üz verib. Teatr və kino aktrisası, respublikanın əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra yanvarın 22-də, ömrünün 50-ci ilində vəfat edib.

Tünzalə Məcid qızı Əliyeva 1973-cü il fevralın 15-də Gəncə şəhərində anadan olub. 1993-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Gəncə Dövlət Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında çalışıb. 2003-cü ildən yaradıcı fəaliyyətini Bakıda, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının truppasında davam etdirib. Teatrın repertuarındakı bir sıra tamaşalarda yaddaqalan obrazlar (Natella – M.Haqverdiyev, "Qısqanc ürəklər"; Şahnaz – A.Rəhimov "Pul hərisləri"; Mehriban – Ə.Nesin, "Toros canavarı", Sənəm – Ü.Hacıbəyli, "O olmasın, bu olsun" və s.) yaradıb. Həmçinin müxtəlif filmlərdə çəkilən, əyləncəli televiziya proqramlarında iştirak edən aktrisa geniş tamaşaçı rəğbəti qazanıb.

Tünzalə Əliyevanın yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib, 2007-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin”, - nekroloqda qeyd edilib.

Tarix
2023.01.22 / 15:52
Müəllif
Kult.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla