Yuxarı

Gədəbəydə partlayış baş verdi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 300 m² olan 7 otaq və qarajdan ibarət ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən evin birinci mərtəbəsində yerləşən qarajın dəmir qapısı və ikinci mərtəbədə aynabəndin pəncərə çərçivələri yerindən çıxıb, evin döşəməsi qismən deformasiyaya uğrayıb və evə ziyan dəyib. Hadisə nəticəsində ev sahibi R.M.Quliyeva xəsarət alıb.

FHN-in əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2023.05.24 / 23:41
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla