Yuxarı

Kamil Vəli Nərimanoğlu vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AYB üzvü, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu vəfat edib.

Bu barədə professorun tələbələri Kult.az-a məlumat verib.

Bildirilib ki, Kamil Vəli Nərimanoğlu ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində anadan olub. 1970-ci ildə BDU-nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

K.Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi alıb, 1988–1998-ci illərdə universitetdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edib, Böyük Elmi Şuranın üzvü olub.

1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını alıb. Həmçinin Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvü idi.

Nərimanoğlu 1991–1992-ci illərdə Ege Universitetində, 1999–2000-ci ildə Şimali Kiprin Şərqi Akdəniz Universitetində dərs deyib. Türkiyənin nüfuzlu elmi təşkilatlarından Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvü, Səlcuq Universitetinin fəxri professoru idi.

Türkiyənin İstanbul Yeditəpə Universitetində dərs deyirdi və Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinə rəhbərlik edirdi.

O, 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləmişdi.

1998-ci ildə elmi araşdırmalarına və Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin inkişafına görə Türkiyə Respublikası prezidentinin fərmanı ilə "Şərəf və Ləyaqət nişanı" ilə təltif edilmişdi. 2002-ci ildə xidmətlərinə görə Türkiyə Nazirlər Kabineti yanında Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin, Türk Dil Qurumunun mükafatlarını almışdır. 2004-cü ildə Bilkənd Universiteti və Türk Mədəniyyətinə Xidmət Vəqfi tərəfindən dünyaca məşhur dörd elm və mədəniyyət xadimi ilə birgə mükafatlandırılmışdı. Həmin il Qırğızıstanda Çingiz Aytmatov Akademiyasının fəxri üzvü seçilmişdi.

Allah rəhmət eləsin!

Tarix
2023.12.16 / 01:17
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistan sərhədin açılmasına müsbət yanaşır - Kılıç

Petrosyandan təklif: Zəngəzuru belə adlandıraq!

Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi

Qətəri vurmaq üçün qalxan İsrail təyyarələri... - Şok fakt

Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar

Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...

İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?

Qriqoryan Azərbaycana gəldi

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla