Yuxarı

Aygün Bəylər vəfat etdi - Nazirlik

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aygün Bəylər vəfat etdi -

2024.01.07. 20:52

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bundan öncə əməkdar artistin vəfat etdiyi barədə xəbər yayılsa da, Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumatı təkzib etmiş, sənətçinin saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcəyini bildirmişdi. Buna baxmayaraq, onun süni tənəffüs aparatına qoşulduğu da təsdiqlənmişdi.

Aygün Bəylərin həkimi, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Anar Məmmədov isə əməkdar artistin Bakıya çatan kimi xəstəxanaya yerləşdiriləcəyini və onun müalicəsinə başlanılacağını demişdi.

Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.

1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyasına həmin il – 13 yaşında qəbul edilib. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir.

1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb.

1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Bəylər görkəmli sənətkarlar Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan dərs alıb.

2002-ci ildə “əməkdar artist” fəxri adına layiq görülüb.

2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında birinci mükafata layiq görülüb.

Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s. ölkələrdə solo konsertlər verib.

A.Bəylər həmçinin “Qış nağılı. I film” (2002), “Qış Nağılı. II film” (2003) və “Bakı bağları. Buzovna” (2007) filmlərində çəkilib.

Tarix
2024.01.07 / 01:08
Müəllif
Axar.az
Digər xəbərlər

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

Zakir Həsənov Səlcuq Bayraqdarı qəbul etdi - Foto

Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla