Yuxarı

Dərəyə yıxılan yeniyetmə xilas edildi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lənkəran-Lerik yolunun 23-cü kilometrliyində yerləşən istirahət mərkəzinin ərazisində yeniyetmənin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu il təvəllüdlü Ş.Məmmədlinin istirahət mərkəzinin ərazisində yıxılaraq dərəyə düşdüyü və ağacdan asılı vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər tərəfindən xüsusi alpinist ləvazimatlarının köməyi ilə yeniyetmə dərədən çıxarılaraq ailəsinə təhvil verilib.

Tarix
2024.06.16 / 20:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xovayev Bakıya gəldi, Rokföy isə oyundankənardır

Paşinyan inandırıcı addım atdı, dəhliz isə... - Uorlik

Ermənistana bunun üçün dəfələrlə təklif göndərmişik

Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür

Qərar verirlər, ancaq bunun arxasında... - General

ABŞ-da Bakı və İrəvan arasında müzakirə keçirilir

Bakı və Moskva arasında məsləhətləşmələr keçirildi

Azərbaycan XİN Sloveniyanı təbrik etdi

XİN rəhbəri İqor Xovayev ilə görüşdü

Bakı ilə əlaqələrin çiçəklənmə dövrünü yaşayırıq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla