Yuxarı

Bakıda Rusiya Mədəniyyəti Günlərinin açılışı oldu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Rusiya Mədəniyyəti Günlərinin açılışı oldu

Bakıda Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin açılışı olub.

Kult.az xəbər verir ki, Rusiya Mədəniyyəti Günləri “Rus klassikası” qala-konserti ilə başlayıb.

Tədbirin açılışında Rusiya mədəniyyət nazirinin müavini Andrey Malışev iştirak edib.

“Bu gün biz 2019-cu ildən bəri keçirilməyən Mədəniyyət Günlərinin açılışını edirik. Çox ümid edirəm ki, bu tədbir müntəzəm olaraq keçiriləcək”, - o deyib.

A.Malışev qeyd edib ki, o, Azərbaycanın mədəniyyət naziri ilə birgə film istehsalı və yaradıcılıq mübadiləsi qruplarının qastrol səfərlərini müzakirə edib.

“Hazırda Rusiyada qastrol və konsert planı bərpa olunub ki, bu da dövlət teatrlarına və milli kollektivlərə, mahnı və rəqs ansambllarına ölkəmizin bütün regionlarına səfər etmək imkanı verir. Bu gün razılaşdıq ki, gələn ildən başlayaraq Azərbaycandan da yaradıcı qruplar bu proqrama daxil edilsin”, - o vurğulayıb.

Öz növbəsində, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov müasir Azərbaycan-Rusiya əlaqələrinin üzərində qurulduğu qarşılıqlı anlaşma və dostluğun xüsusi diqqətəlayiq olduğunu qeyd edib.

Qala-konsertdə Rusiyanın əməkdar artisti İvan Rudinin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri məşhur rus bəstəkarları Çaykovskinin, Raxmaninovun, Rimski-Korsakovun, Şostakoviçin məşhur əsərlərini ifa ediblər.

Qeyd edək ki, iyunun 25-də Səməd Vurğun adına Azərbaycan Akademik Rus Dram Teatrında Moskva Quberniya Teatrının ifasında “Ailə şəkli” tamaşasının nümayişi olacaq.

Tədbirlər proqramına ustad dərsləri də daxildir. İyunun 25-də Səməd Vurğun adına Rus Dram Teatrında Moskva Quberniya Teatrının aktrisası Alina İvaxın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün vokal üzrə ustad dərsi keçiriləcək. Eyni zamanda, artistlər Aleksandrin Pitirimov və Natalya Kulikova aktyorluq sənəti üzrə ustad dərsi keçirəcəklər.

Tarix
2024.06.25 / 00:03
Müəllif
Kult.az
Digər xəbərlər

Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video

Azərbaycan Albaniyanı təbrik etdi

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla