Yuxarı

Bakıda yaşlı kişi amansızca döyüldü - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yaşlı kişi amansızcasına döyülüb.

Axar.az xəbər verir ki, hadisə iyulun 7-də gecə saat 01:30-da Nəsimi rayonu, Mövsüm Sənani, 106 ünvanında baş verib.

Qonşuların çəkdiyini videogörüntülərdən aydın olur ki, 3-4 nəfər yaşlı kişi ilə mübahisə edir. Daha sonra onlar yaşlı kişini amansızlıqla döyməyə başlayırlar.

Qonşulardan biri müdaxilə etməyə çalışsa da, tərəfləri sakitləşdirməyə nail ola bilmir.

Əraziyə polis əməkdaşları cəlb olunublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Real TV-nin sorğusuna cavab olaraq bildirib ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşayan Elmir Eldar oğlu Əlizadənin iyulun 7-də yaşadığı binanın qarşısında tanışı Valeh tərəfindən döyülməsi barədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət daxil olub.

Araşdırma zamanı müəyyən olunub ki, vətəndaş Elmir Əlizadəni döyən şəxs paytaxt sakini 1985-ci il təvəllüdlü Valeh Əkbər oğlu Rəhmanovdur.

O, polis şöbəsinə gətirilərək izahatı alınıb.

Tarix
2024.07.08 / 01:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

Ermənistanın bu açıqlamaları manipulyasiyadır - XİN

MM-dən XİN-ə: ABŞ Qafqaza geosiyasi rəqabət gətirir

ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib - Müraciət

Ermənistan bu məsələni həll etməlidir - Əmirbəyov

Deputatlardan Bayramova müraciət: ABŞ-la sazişlərə xitam verilsin!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla