Yuxarı

Azərbaycanda vəkil həbs edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəzifəli şəxsin qərarına təsir göstərmək adı ilə vətəndaşdan pul almaqda təqsirləndirilən vəkil həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Vəkillər Kollegiyasının birgə məlumatında deyilir.

Bakı şəhərində yerləşən “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Rzayev Babək Vahid oğlunun qanunsuz əməlləri barədə toplanmış materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.

İstintaq tədbirləri ilə vəkil Babək Rzayevin muxtar respublikada müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirməklə 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaitini tələb edib almasına əsaslı şübhələr əldə edilib.

İş üzrə toplanmış sübutlar əsasında Babək Rzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin, Vəkillər Kollegiyası tərəfindən vəkil barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma aparılır və onun davranışına hüquqi qiymət veriləcək.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətin törədilməsində hər hansı şəkildə iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Tarix
2024.09.12 / 19:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Asif Yusifli AXCP-dən istefa verdi - Səbəb

Bakı və Moskva iqtisadi məsələləri müzakirə etdi

NATO-Turan dəhlizi: İran hərbi ssenariyə "əl atacaq"?

Bakı dəhlizi Rusiyanın “cibinə atdı”, gözləyir – Köçəryan

Bayramov Nurtleu ilə regional məsələləri müzakirə etdi

XİN Koulmanın açıqlamasını şiddətlə pislədi

Mətin Gürak azərbaycanlı generalla görüşdü

Azərbaycanın bu ölkələrdə səfirləri fəaliyyətə başladı

Blinken Əliyevə buna görə zəng etdi: Rusiyaya qarşı həmlə

Paşinyan bu müharibədən milyardlar qazanır

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla