Yuxarı

Bakıda vəzifəli şəxs sevgilisini hədələdi, cəzası…

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda şirkətlərin birində icraçı direktor vəzifəsində çalışan şəxs saxlanılıb.

Axar.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Cavid Vəliyevin (ad-soyad şərtidir) saxlanılmasına səbəb sevgilisini hədələməsi olub.

Belə ki, icraçı direktor vəzifəsində çalışan şəxs Ş.U. ilə 13 ildir qeyri-rəsmi münasibətdə olub. Amma qadın ondan ayrılmaq istəyib.

Təxminən bir il əvvəl qadın Cavidə ayrılmaq istədiyini deyib. Bu səbəbdən Cavid onun yaşadığı ünvana gedərək, Ş.U-nu döyərək xəsarət yetirib. Lakin qadın onu bağışlayıb və münasibətləri yenidən bərpa edilib.

Bir neçə gün əvvəl Ş.U. təqsirləndirilən şəxslə telefonla danışarkən yenidən ondan ayrılmaq istədiyini bildirib. Cavid Vəliyev zərərçəkmiş qadını hədələyib. Bu səbəbdən o, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə şikayət edib.

C.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmə iş adamını 50 manat cərimə edib.

Tarix
2024.09.24 / 00:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyənin müdafiə naziri Bakıya gəldi

Bayramov BMT Baş Assambleyasının iclasında iştirak etdi

Rusiya və Azərbaycan arasında kritik görüş

Ermənistan və Almaniya arasında məsləhətləşmə aparıldı

Əliyevin sərhəd tapşırığı: Zəngəzurda nələr ola bilər?

Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak etdi - Foto

Qazaxıstanın müdafiə naziri Bakıda

Prezident: Bu ilin sonuna qədər 19 milyard xərclənəcək

Bakının istədiyi bütün silahları… - İtaliya

Faşist Almaniyası cəzalandırıldı, faşist Ermənistan isə…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla