Yuxarı

Türkiyənin müdafiə naziri Bakıya gəldi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıya gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, türkiyəli qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti qarşılayıb.

Türkiyə nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycanın qardaş ölkə ilə hərbi əməkdaşlığının perspektiv imkanlarının daha da genişləndirilməsinə dair müzakirələrin aparılması nəzərdə tutulub.

Tarix
2024.09.24 / 01:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov BMT Baş Assambleyasının iclasında iştirak etdi

Rusiya və Azərbaycan arasında kritik görüş

Ermənistan və Almaniya arasında məsləhətləşmə aparıldı

Əliyevin sərhəd tapşırığı: Zəngəzurda nələr ola bilər?

Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak etdi - Foto

Qazaxıstanın müdafiə naziri Bakıda

Prezident: Bu ilin sonuna qədər 19 milyard xərclənəcək

Bakının istədiyi bütün silahları… - İtaliya

Faşist Almaniyası cəzalandırıldı, faşist Ermənistan isə…

Mehriban Əliyeva Bakıda 120 yaşlı məsciddə - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla