Yuxarı

Nizami Gəncəvinin barelyefi baxımsızlıqdan dağılır - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nizami Gəncəvinin barelyefi baxımsızlıqdan dağılır - Foto

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin barelyefi baxımsız vəziyyətdədir.

Kult.az Teleqraf.com-a istinadla xəbər verir ki, barelyef 2012-ci ilin dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Nizami Gəncəvinin adının verildiyi küçədə açılıb.

Mozaika daşlarından işlənmiş barelyef küçənin başlanğıcında yerləşir. Küçənin adını da məhz bu xatirə barelyefi bildirir, küçə boyu ünvan lövhələrinə rast gəlinmir.

Barelyef vaxtilə Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə hazırlanıb.

Qeyd edək ki, Marneulidə Nizami Gəncəviyə aid daha bir abidə var. 2012-ci ildən SOCAR-ın maliyyə dəstəyi ilə fəaliyyət göstərən Çay Evinin qarşısında yerləşən abidənin üzərində azərbaycanlı ədiblə yanaşı görkəmli gürcü şair Şota Rustavelinin də surəti həkk olunub. Nizami Gəncəvi küçəsində yerləşən barelyefdən fərqli olaraq, həmin abidəyə lazımı səviyyədə qulluq göstərilir.

Tarix
2025.01.21 / 15:32
Müəllif
Kult.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla