Yuxarı

"Napoli" ilə oyunda hücumda oynayacağıq - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Napoli" ilə oyunda hücumda oynayacağıq - Qurbanov

Çox gözəl şəhərdə möhtəşəm tarixə malik komandaya qarşı oynayacağıq.

Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İtaliyada “Napoli” ilə keçiriləcək UEFA Çempionlar Liqasının V tur oyunundan öncə mətbuat konfransında deyib.

O, rəqibin baş məşqçisi Antonio Konteni xüsusi fərqləndirib:

“Onun varlığı “Napoli” üçün üstünlükdür. Rəqibin mərhələ adlamaq şanslarını qorumaq üçün bizi məğlub etmək istədiklərini bilirik. Oyuna kifayət qədər yaxşı hazırlaşmışıq”.

Qurbanov italiyalı jurnalistin “Qarabağ”da uzun müddət işləməsi ilə bağlı sualını belə cavablandırıb:

“Bu mənim üçün böyük məsuliyyətdir, digər tərəfdən isə çox məmnunam. Bu klubun adı ölkəmiz üçün çox vacibdir, çünki ad böyük dəyəri təmsil edir. Bütün azərbaycanlılar kimi məsuliyyət hiss edirəm. Komandanın adı uğruna yaxşı nəticə əldə etmək üçün çox çalışırıq. Hamımız birləşərək əla bir komanda yaratmışıq”.

Mütəxəssis matçla bağlı məqsədlərindən söz açıb:

“Hücumda oynamağı düşünürük, amma müdafiədə güclü olmalıyıq, bu, bizim məqsədimizdir. Bütün aspektlərə diqqət yetirəcəyik. Mənə xəbər verdilər ki, Maradonanın ölüm günündə oynayacağıq. Həmçinin Antonio Kontenin qələbə qazanaraq bunu Maradonaya həsr etmək istədiklərini deməsini də oxudum. Bu, onların tərəfindən əlavə motivasiyadır. Bu, bizim üçün də eyni ilə əlavə motivasiyadır. Sabah yaxşı çıxış etməyimiz üçün şansımız var. Qazanmaq üçün çox səy göstərməliyik. Hiss edirəm ki, Neapol sabah Maradonanın ildönümünə görə qələbə qazanmaqda israrlıdır. Buna xüsusi diqqət yetirmişik. Adətən, böyük komandalara qarşı oynayarkən statistikaya çox əhəmiyyət vermirik. “Napoli” böyük komandadır və əla məşqçisi, eləcə də möhtəşəm azarkeşləri var. Onlar bu il öz meydanlarında uduzmayıblar”.

O, futbolçularının Neapol küçələrində alış-veriş etməsi ilə bağlı suala belə cavab verib:

“Hər səfərimizdə oyunçulara bir neçə saat sərbəst vaxt veririk. Bu gün Neapol kimi gözəl bir şəhərdəyiksə, hər bir oyunçu bu qədim şəhəri görməlidir. Mən bunda ciddi bir problem görmürəm”.

Qeyd edək ki, sabah keçiriləcək “Napoli” - “Qarabağ” oyunu Bakl vaxtı ilə saat 00:00-da start götürəcək.

Tarix
2025.11.24 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla