Yuxarı

Qurban Qurbanov 5-0 hesablı qələbədən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban Qurbanov 5-0 hesablı qələbədən danışdı

Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün Özbəkistanın "Neftçi" (Fərqanə) komandası ilə ilk yoxlama oyununa çıxıb. Matç Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov komandasının oyunu barədə fikirlərini bildirib:

“İlk oyunumuz idi. Hazırlıq ümumilikdə pis getmir. İstərdik ki, vaxtımız bir az çox olsun. Yanvarın 16-da daha bir matçımız var. Daha bir yoxlama oyunu keçirilməsini istərdik. Əfsuslar olsun ki, vaxtımız yoxdur. Futbolçular istəklidirlər, özlərinə gəliblər. İlin sonunda çox yorğun idilər. Əvvəlki günlərinə, futbol sevgisinə bir az qayıdıblar. Düzdür, Aleksey Kaşukla Toral Bayramov bir neçə gün məşqdən kənar qaldılar. Amma ümumilikdə hazırlıq proqram üzrə gedir. Rəqibin oyunlarına da baxmışdıq. Bir az sistemlərini dəyişmişdilər. Onların belə oyununu normal qarşıladım”.

Qeyd edək ki, "Qarabağ" hazırlıq prosesi çərçivəsində daha 1 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 16-da Polşa “Zaqlebie Lubin”i ilə üz-üzə gələcək.

Tarix
2026.01.13 / 00:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla