Yuxarı

ÇL: “Barselona” da Bakıya gələ bilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÇL: “Barselona” da Bakıya gələ bilər

“Qarabağ”ın qələbəsi çox fantastikdir və möcüzədir. Başqa cür izah etmək mümkün deyil. Bir alman maşınına alman maşını kimi oynayıb qalib gəlmək, son saniyə qolu ilə qələbəni qazanmaq inanılmaz hisslərdir.

Bu sözləri idman eksperti Kənan Məstəliyev Axar.az-a açıqlamasında "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasını 3:2 hesabı ilə məğlub etməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, istər taktiki, istər psixoloji baxımdan “Qarabağ” “Ayntraxt”a qarşı çox doğru oynadı:

“Baş məşqçi heyəti doğru seçmişdi, əvəzetmələr düzgün vaxtda və yerində edildi. Oyun planı düzgün qurulmuşdu. Rəqibin müdafiəsində plan olsa da, onlar hücumda daha yaxşı idilər, bizi çətin vəziyyətdə saxlaya bilirdilər. Ona görə də təmkinli və diqqətli olmaq lazım idi. Səbirli olmaq və öz oyununu oynamaq. “Qarabağ” da bu işin öhdəsindən gəldi”.

Ekspertin fikrincə, bu qələbə bizə pley-off mərhələsini təmin etdi və hər hansı fors-major vəziyyət yaşanmasa, “Qarabağ” artıq növbəti mərhələdədir:

“Bu isə Çempionlar Liqasında daha minimum iki qarşılaşma deməkdir. Rəqiblərimiz arasında çox gözəl komandalar var. Hətta “Barselona” klubunun Bakıya gəlmək ehtimalı var. Həqiqətən də möcüzəvi durumdur.

“Qarabağ”a ancaq təşəkkür edə bilərik ki, bizə bu cür sevincli anlar yaşadır. “Qarabağ” Azərbaycan futbol tarixinə ən böyük damğanı vurmuş klublardan biridir. Bu damğanın başında Qurban Qurbanov kimi möhtəşəm məşqçi dayanır”.

Tarix
2026.01.22 / 13:06
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

Mustafayevdən Rusiya açıqlaması

Prezident və xanımı Türkiyədə səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla