Yuxarı

Qurban Qurbanov "Nyukasl" məğlubiyyətini şərh etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban Qurbanov "Nyukasl" məğlubiyyətini şərh etdi

"Qarabağ" futbolçuları "Nyukasl"la matçda buraxılan qollardan sonra özlərini ələ ala bilməyiblər.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Nyukasl"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis böyük hesabla məğlub olduqları qaşrılaşmanı şərh edib:

"Əfsuslar olsun ki, bu cür hesabla məğlub olduq. Belə hesabla uduzmaq istəməzdik. Futbolçularım ilk qollardan sonra böyük "zərbə" aldılar. Buraxılan qollardan sonra futbolçularımız özlərini ələ ala bilmədilər. Rəqib çox sürətli oynayan bir komandadır. Hazırlıqları da yüksək səviyyədə idi. Azarkeşlərimizə təşəkkür edirik ki, sona qədər komandamızın yanında oldular. Dediyim kimi, bu cür uduzmaq istəməzdik".

O, fasilədə komandanı sakitləşdirməyə çalışdığını söyləyib:

"Fasilədə futbolçuları sakitləşdirməyə çalışdım. Bildirdim ki, nə olur olsun, oyundan qopmamalıyıq. İkinci yarıda Bədavi Hüseynovu meydana buraxmağımızın məqsədi müdafiə xəttini gücləndirmək idi".

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı qonaq komandanın 6:1 hesablı qələbəsi ilə bitib. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Tarix
2026.02.19 / 00:29
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla