Yuxarı

Azərbaycan millisindən tarixi rekord...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan millisindən tarixi rekord...

Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanaraq yeni rekord müəyyənləşdirib.

Axar.az xəbər verir ki, yığma bu uğura "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya ilə keçirilən qarşılaşmada nail olub.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibini 6:1 hesabı ilə darmadağın edib.

Bununla da milli komanda əvvəlki rekordunu geridə qoyub. Azərbaycan yığmasının bundan əvvəlki ən böyükhesablı qələbəsi 2017-ci ildə San Marino üzərində qazanılmış 5:1 hesablı nəticə idi. Həmin qarşılaşma 2018-ci il dünya çempionatının seçmə mərhələsinə təsadüf edib.

Digər böyük qələbələrdən biri isə Lixtenşteyn üzərində qeydə alınıb. Milli 1999-cu ildə keçirilən rəsmi beynəlxalq oyunda rəqibini 4:0 hesabı ilə məğlub edib və uzun müddət bu nəticə rekord kimi qalıb.

Beləliklə, Sent Lüsiya üzərində 6:1 hesablı qələbə Azərbaycan millisinin tarixində ən böyük fərqli qalibiyyət kimi tarixə düşüb.

Tarix
2026.03.27 / 21:24
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla