Yuxarı

Növbəti matça daha ciddi hazırlaşacağıq - Abbasov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Növbəti matça daha ciddi hazırlaşacağıq - Abbasov

Futbol üzrə Azərbaycan millisi növbəti matça da ciddi hazırlaşacaq.

Axar.az Report-a xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.

Mütəxəssis "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiyaya qalib gəldikləri (6:1) oyundan sonra fikirlərini bölüşüb:

"Bizi tək qoymayan azarkeşlərə təşəkkür edirəm. Belə havada oynamaq çətin idi. Hər iki komanda çətinlik çəkirdi. İlk dəqiqədən qol vurmaq istəyirdik. Buna da nail olduq.

Komandada yeni oyunçular var idi. Bundan sonrakı matça ciddi hazırlaşacağıq. Növbəti rəqibimiz daha güclüdür. Azarkeşlərimizi sevindirmək istəyirik".

A.Abbasov DÇ-2026-nin seçmə mərhələsində ciddi rəqiblərlə üz-üzə gəldiklərini xatırladıb:

"Daha əvvəl futbolçuların döyüşkənliyi ilə öyünürdük. İndi isə nəticə çox önəmlidir. Oyunçuların qol vurmaq və qələbə istəyi var idi. Bilirik ki, UEFA Millətlər Liqasında qalib gəlmək məcburiyyətindəyik".

Baş məşqçi millidə rəqabətin olduğunu da əlavə edib:

"Bütün futbolçulara şans vermək istəyirik. Bəziləri daha yaxşı formadadırlar. Bizim üçün hər kəsi meydanda görmək əla şans idi".

Mütəxəssis yığmanın tarixində ən böyükhesablı qalibiyyəti əldə etməsinə də toxunub:

"Dünən mətbuat konfransında dedilər. Həmin vaxt yada saldılar. Futbolçulara tapşırıq verməmişdik ki, mütləq rekord nəticə olmalıdır. Sadəcə, qollar vurmaq istəyirdik. Bu da bizi sevindirir".

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.

Tarix
2026.03.27 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla