Yuxarı

Əli Əsədov Türkiyə və Özbəkistan millisini təbrik etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov Türkiyə və Özbəkistan millisini təbrik etdi

Azərbaycancın Baş naziri Əli Əsədov Türkiyə və Özbəkistanı futbol üzrə dünya çempionatına vəsiqə qazandıqları üçün təbrik edib.

Axar.az xəbər verir ki, Ə.Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı martın 31-də Türkiyə milli komandası Kosovo üzərində qazandığı qələbə (1-0) nəticəsində 24 il sonra yenidən futbol üzrə dünya çempionatına (ABŞ, Meksika və Kanadada təşkil ediləcək) vəsiqə qazandığını bildirib.

“Bu möhtəşəm qələbə hər birimiz üçün xüsusi sevinc mənbəyinə çevrildi. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirik. Eyni zamanda, Özbəkistanın da tarixində ilk dəfə olaraq dünya çempionatına yüksəlməsi xüsusi qürur və sevinc doğurur. Bu tarixi nailiyyətə qardaş Özbəkistan hələ ötən ilin iyun ayında imza atıb”.

O vurğulayıb ki, hər iki uğur bütövlükdə türk dünyasının zəfəri kimi qiymətləndirilə bilər:

"Bu qələbələr türk xalqlarının bütün sahələrdə yüksəlişini aydın şəkildə əks etdirir".

Tarix
2026.04.02 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla