Yuxarı

“Qarabağ” 10 il öncəki rekordunu yenilədi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” 10 il öncəki rekordunu yenilədi

Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” matçı (2:2) rekordla əlamətdar olub.

Axar.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 21 min tamaşaçı izləyib.

Bu, Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən turnirlər üçün təkcə 2025/26 mövsümünün deyil, son 10 mövsümün yeni rekordudur.

Bir oyunu daha çox tamaşaçının izləməsinə sonuncu dəfə 2015/16 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ”la “Neftçi” arasında kubokun final görüşünü (1:0) 23 min izləyici seyr edib. Bu gün keçirilən “Qarabağ” – “Sabah” matçı 2008-ci ildən PFL-in bayrağı altında keçirilən turnirlərdə ümumilikdə 5-ci göstərici kimi tarixə düşüb.

Lakin daha çox tamaşaçı olan 4 oyunun hamısı kubokun final görüşləri olub. Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma PFL bayrağı altındakı yarışlar üçün hər hansı bir komandanın ev sahibliyi etdiyi (final neytral meydanda keçirilir) ən çox tamaşaçı toplayan matç olub. Əvvəlki rekord 2016-cı il fevralın 14-də qeydə alınıb. Gəncə şəhər stadionunda baş tutan “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (1:2) 20 min 400 tamaşaçı olub.

Ümumiyyətlə isə bir komandanın ev oyununa daha çox seyrçi toplaması sonuncu dəfə 2006/07 mövsümündə yaşanıb. Həmin vaxt “Neftçi” – “Xəzər Lənkəran” görüşünü 25 min nəfər izləyib. Bugünkü matçda isə sonrakı 19 mövsümün rekordu qeydə alınıb.

Qeyd edək ki, bu oyunadək mövsümün rekordu eyni komandaların eyni stadiondakı çempionat matçına məxsus idi. Azərbaycan Premyer Liqasının XXII turunun martın 1-də baş tutan matçında (3:3) 10 min 361 seyrçi qeydə alınıb.

Tarix
2026.04.04 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla