Yuxarı

Azərbaycanın U-21-ləri Farer adaları ilə qarşılaşdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Report-un məlumatına görə, Yaşar Vahabzadənin komandası autsayder Farer adalarını qəbul edib.

Görüş 1:1 hesabı ilə nəticələnib. İlk 45 dəqiqədə rəqibin vurduğu qola Azərbaycan yığması qarşılaşmanın sonuncu dəqiqələrində cavab verib. Bununla da komandamız 7-ci qrupda xallarını 8-ə yüksəldib və 4-cü pillədə qalıb. Farer Adaları isə ilk xalını qazanıb.

Qrupda bu gün keçirilən digər oyunda Rusiya da Avstriya ilə eyni hesablı heç-heçə etdiyi üçün millimizi keçə bilməyib. Hazırda Finlandiya - Almaniya görüşü davam edir.

Xatırladaq ki, Azərbaycan yığması 7-ci qrupda son oyununu oktyabrın 7-də səfərdə Finlandiyaya qarşı keçirəcək.

Avropa çempionatının seçmə mərhələ oyunu

6 sentyabr

18:00. Azərbaycan - Farer adaları - 1:1

Qollar: Mahir Mədətov, 88 - Ari Mor Olsen, 40

Baş hakim: Dumitri Muntean

Baş hakimin köməkçiləri: Vitalli Gorbatov, Vlad Lifciu

Dördüncü hakim: Luri Kovtun

(Hakimlər briqadası Moldovadandır)

UEFA nümayəndəsi: Yauheni Tratsiuk (Bolqarıstan)

Hakim-inspektor: Stanislav Sukhina (Rusiya)

Tarix
2016.09.06 / 21:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

Keçmiş gömrük əməkdaşının cəzası elan olundu

Qarabağ atları Britaniyada kral atçılıq şousunda - Foto

Şeyxdən Ermənistana çağırış: Xülyalara aldanıb…

İlham Əliyev Bakıda mühüm tədbirdə iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla