Yuxarı

Əliyar Ağayevə ağır cəza verildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyar Ağayevə ağır cəza verildi

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında verdiyi qərarlarla gündəmə gələn matçın baş hakimi Əliyar Ağayev ağır cəzaya məruz qalıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, penalti epizodlarında matçı davam etdirən təcrübəli FİFA referisi mövsümün növbəti beş turunda Premyer Liqa oyunlarına təyinat almayacaq.

Bundan başqa, həmin qarşılaşmada VAR hakimi olan Cavid Cəlilov da cəzalandırılıb. C.Cəlilov matçın 70-ci dəqiqəsində Qismət Alıyevin Roderik Millerin ayağını tapdaladığı epizodda potensial penaltini düzgün dəyərləndirə bilməyib və Əliyar Ağayevi monitora çağırmayıb. Oyunun nəticəsinə birbaşa təsir edən qərarlar olduğundan hər iki hakim eyni cəzaya məruz qalıb.

Qeyd edək ki, bu gün AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov sözügen matçdakı epizodları dəyərləndirib və Əliyar Ağayevin hər iki epizodda yanlış qərarlar verdiyini təsdiqləyib.

Tarix
2026.04.06 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla