Yuxarı

Toraldan sonra bunu edən ikinci azərbaycanlı oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toraldan sonra bunu edən ikinci azərbaycanlı oldu

Azərbaycan Premyer Liqasında mövsümün 4-cü het-triki qeydə alınıb.

Axar.az PFL-ə istinadən xəbər verir ki, Rauf Rüstəmli XXVII turun “Karvan-Yevlax” – “Kəpəz” qarşılaşmasında (4:1) qonaqların qapısına 3 qol vurub.

Mövsümün əvvəlki 27 turunda 3 belə hadisə yaşanıb. “Qarabağ”ın futbolçuları Toral Bayramov V turda “Araz-Naxçıvan”ın (5:0), Kamilo Duran XXVII turda “Karvan-Yevlax”ın (7:0), “Qəbələ”nin legioneri Domi Massumo XVIII turda “İmişli”nin (3:2) qapısına üç dəfə yol tapıb.

Rauf Toraldan sonra cari mövsümdə het-trik edən ikinci azərbaycanlı olub. Bununla da son 16 ildə ilk dəfə birdən çox yerli statusa malik futbolçu het-trik edib.

Sonuncu dəfə 2009/10 mövsümündə belə hadisə yaşanıb. Həmin çempionatda 3 yerli oyunçu - Samir Musayev, Nadir Nəbiyev və Fərid Quliyev het-trikə imza atıb.

Sonrakı illərdə bir yerli futbolçunun iki het-trikinə təsadüf olunub. Amma iki oyunçunun belə uğur qazanması yaşanmayıb.

Qeyd edək ki, Rauf həm də “Karvan-Yevlax”ın Premyer Liqa tarixində ilk het-trik müəllifidir. Həmin matçdakı nəticə isə Yevlax təmsilçisinin yüksək dəstədə ilk böyükhesablı qalibiyyəti və ilk ev qələbəsi kimi də də tarixə düşüb.

Tarix
2026.04.13 / 12:39
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla