Yuxarı

O, “Neftçi”dən qovulub, yoxsa xəstədir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
O, “Neftçi”dən qovulub, yoxsa xəstədir?

Vəli Qasımovun vəziyyəti stabildir, müalicəsi davam edir.

Axar.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş həkimi Şaiq Zöhrablı Report-a bildirib.

Onun sözlərinə görə, komandanın baş məşqçisi Vəli Qasımov Bakıdakı "HB Güvən" klinikasında müalicə alır: "Bu gün təkrar müayinə keçiriləcək və ondan sonra qərar veriləcək. Bu cür hallarda 2-3 gündən sonra xəstə evə buraxılır. Amma əlavə hansısa bir xəstəliklər aşkarlansa, o zaman müddət bir həftə də ola bilər. İndiki halda isə vəziyyət normaldır".

V.Qasımovun dünən gecə hipertonik kriz diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Xatırladaq ki, V.Qasımovun əslində xəstə olmadığı, "Neftçi" klubundakı vəzifəsindən kənarlaşdırıldığı barədə də xəbər yayılıb. Musavat.com öz mənbələrinə istinadla, ötən gecə "Neftçi"də SOCAR tərəfindən yoxlama aparıldığı və maliyyə yeyintisi olduğu barədə məlumat verib. İddiaya görə, bundan qəzəblənən rəhbərlik Ç.Abdullayevdən başqa Müşahidə Şurasının bütün üzvlərini istefaya göndərib, həmçinin V.Qasımov da işdən kənarlaşdırılıb. Bildirilir ki, baş məşqçinin işdən kənarlaşdırılmasının oyunqabağı "Neftçi"nin heyətinə və azarkeşlərinə mənfi təsir edəcəyi nəzərə alınıb və rəsmi açıqlama Qurban bayramından sonraya ertələnib.

Tarix
2016.09.10 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla