Yuxarı

İki karateçimiz dünya çempionatının finalında

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın Lints şəhərində karate üzrə 23-cü dünya çempionatı davam edir. İki ildən bir keçirilən dünya çempionatında ölkəmiz 16 karateçi ilə təmsil olunur.

Axar.az xəbər verir ki, oktyabrın 26-da yeddi Azərbaycan idmançısı çempionatda mübarizəyə başlayıb. Onlardan Ayxan Mamayev (84 kq) və Rafael Ağayev (75 kq) bütün rəqiblərini məğlub edərək, çempionatın final mərhələsinə yüksəlib. Ayxan Mamayev finalda yapon karateçisi Araqa Ryutaro, Rafael Ağayev isə misirli idmançı Abdel Rahman Omar ilə qarşılaşacaq. Çempionatın final mərhələsi oktyabrın 28-də baş tutacaq.

Oktyabrın 26-da tatamiyə çıxan digər idmançılarımız – fərdi kata yarışlarında döyüşən Roman Heydərov və Neda Rezai, eləcə də kumite yarışlarında İrina Zaretska (68 kq), Fəridə Abiyeva (61 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) mübarizəni dayandırmalı olublar.

Oktyabrın 27-də isə çempionatda komanda yarışları keçiriləcək. Azərbaycan millisinin həm kişi, həm də qadın idmançıları komanda yarışlarında mübarizə aparacaqlar.

Dünya çempionatına oktyabrın 30-da yekun vurulacaq.

Tarix
2016.10.27 / 01:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla