Yuxarı

“Qalatasaray”da şok qalmaqal

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə superliqasında dünən keçirilən "Fənərbaxça" – "Qalatasaray" oyununun gedişatı zamanı qalmaqal baş verib.

Qol.az-ın xəbərinə görə, buna "Qalatasaray"ın ehtiyatda qalan kapitanı Səlcuq İnanın ikinci hissədə də oyuna daxil edilməməsi səbəb olub. Fasilədən sonra meydanın kənarında isinmə hərəkətləri edən təcrübəli futbolçu baş məşqçi Jan Olde Riekerinkin üçüncü dəyişiklik haqqı zamanı da onun xidmətindən istifadə etməməsinə etirazını bildirib. Bundan sonra texniki zonada oturan oyunçu baş məşqçinin köməkçisi Ayxan Akmanla mübahisə edib.

Ayhan Akman "Sən kimsən ki, belə danışırsan" deyərək Səlcuqa əsəbiləşib. Futbolçu isə "Mən "Qalatasaray"ın kapitanıyam. Arxamca iş görməyin" - deyə cavab verib. Baş məşqçi Riekerink də bu hərəkətinə görə Səlcuka hirslənib.

Yalnız klubun meneceri Mərd Çətinin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Tarix
2016.11.21 / 19:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla