Yuxarı

İspan məşqçi: "Qarabağ" yeganə komandadır ki..."

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" yeganə komandadır ki, öz doğma stadionunda 20 ildən artıqdır oynamır. Komanda təmsil etdiyi Ağdam 1993-cü ildə işğal olunandan sonra qaçqın status alıb. Bu, milli səviyəsində münaqişədir".

Sportnet.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın ispaniyalı məşqçisi Ruben Selles ölkəsinin mətbuatına açıqlamasında bildirib.

33 yaşlı mütəxəssisin fikrincə, azərbaycanlılar Ermənistanla Dağlıq Qarabaq münaqişəsinə görə doğma münasibət göstərdiyi, Avropaya göstərmək üçün yaxşı bir vasitə olan "Qarabağ"a xüsusi klub kimi baxır: "Azərbaycanın ərazisinin 20 faizdən çoxu Ermənistan tərəfdən işğal edilib. 1 milyondan çox insan qaçqın, köçkün olub. Ağdamın işğal olunması nəticəsində "Qarabağ"ın stadionu dağıdılıb. Komandanın məşqçisi Allahverdi Bağırov Qarabağın müdafiəsi uğrunda müharibədə Azərbaycan ordusundə baş komandan olub. O, klubdan gedərək Ağdam uğrunda döyüşüb və həlak olub. Bağırov milli qəhrəman sayılır. Klub hər il onu yad edir, xatirəsinə stadonda banner asılır.

"Qarabağ"ın prezidenti Tahir Gözəl atası ilə birgə "Azərsun" şirkətinin yaradıcılarıdır. Kluba 2001-ci ildən himayədarlıq edirlər. Onlar bütün Avropaya, dünyaya Qarabağ həqiqətlərini göstərməyə, bu torpaqların Azərbaycana məxsus olduğunu nümayiş etdirmək üçün çalışırlar. "Qarabağ"ın son 3 ildə çempion olmasının əsas memarı baş məşqçisi Qurban Qurbanovdur".

Selles "Qarabağ"ın oynayan həmyerliləri haqda da danışıb: "Komandamızda iki ispaniyalı futbolçu var. Bunlardan biri Xixon "Sportinq"i ilə "Xetafe"nin sabiq futbolçusu Miger Maderadır. Digər yarımmüdafəçi isə Dani Kintanadır. O, komandada ən yaxşılardan biridir, Avropa Liqasında Pol Poqbanı qabaqlayıb. Ötən mövsüm isə Azərbaycan Premyer Liqasının bombardiri olub.

"Qarabağ"da qaçqın ailələrin övladları oynayır. Kapitan Rəşad Sadıqov kimi. Komandada Qarabağ müharibəsində həlak olanların övladları da çıxış edir. Döyüşlər Bakıdan uzaqda olur. Ancaq insanların həyatında özünü çox göstərir. Hər dəfə cəbhə bölgəsində qarşıdurmalar, ölümlər, hər iki tərəfdən çox gərginlik olur".

Məlum olduğu kimi, hazırda "Mançester Yunayetd"də oynayan erməni futbolçu Henrix Mxitaryan ötən mövsüm Dortmund "Borussiya"sında forma geyinərkən "Qəbələ" ilə Avropa Liqasında qrup matçı üçün Azərbaycana gəlməmişdi. Almaniya klubu bəyanatında bu addımın təhlükəsizliklə bağlı olduğunu əsaslandırmışdı. Selles Azərbaycanın ərazilərinin qaytarılmasında sülh yolunun tərəfdar olduğunu vurğulayıb: "Klubun bu mövqeyini ortaya qoymasını qeyd etmək çox vacibdir. Azərbaycan işğal olunmuş torpaqlarının geri qaytarılması üçün danışıqların aparılmasına üstünlük verir".

Qeyd edək ki, yarım ildir "Qarabağ"da çalışan, fiziki hazırlıq üzrə məşqçi olan Selles daha öncə "Neftçi" bu vəzifədə işləyib.

Tarix
2016.12.25 / 01:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla