Yuxarı

Dünən əzizlədi, bu gün döydü – Maradonadan qalmaqal

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsanəvi futbolçu Dieqo Maradona yenidən qalmaqalla gündəmə gəlib.

APA xəbər verir ki, 57 yaşlı mütəxəssis sevgilisi Rosio Olivanı döyməkdə şübhəli bilinir.

Xoşagəlməz hal cütlüyün hazırda qərarlaşdığı Madrid şəhərində baş verib. Oliva əvvəlcə otelin qeydiyyat şöbəsinə zəng edərək, Maradonanın ona hücum çəkdiyindən şikayətlənib. Nəticədə otelin əməkdaşları polis çağırıblar.

Otelə gedən polislər dərhal Maradonanın qaldığı nömrəyə qalxıblar. Lakin Olivanın budəfəki addımı hamını təəccübləndirib. Belə ki, o, polisləri Maradona ilə arasında yalnız güclü mübahisə olduğuna inandırmağa çalışıb.

Polisin hələ də oteli tərk etmədiyi, hadisə ilə bağlı araşdırma apardığı bildirilir.

Maraqlıdı ki, dünən sevgilisi ilə əylənən Maradona sosial şəbəkədə birgə fotolarını paylaşaraq, rəfiqəsini “Sevgililər günü” münasibətilə təbrik etmişdi.

Qeyd edək ki, Maradona Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gün keçirilən “Napoli” – “Real” matçını izləmək üçün Madridə yollanıb.

Tarix
2017.02.16 / 01:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış tdi

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

Bolqarıstan prezidenti Azərbaycana gəlir

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla