Yuxarı

“Sumqayıt” çempionatdan imtina etdi - Rəsmi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişilərdən ibarət “Sumqayıt” voleybol klubu Azərbaycan çempionatında iştirakdan imtina edib.

Bu barədə məlumatı APA-ya komandanın baş məşqçisi Dilqəm Qəhrəmanov verib.

O bildirib ki, maliyyə problemləri səbəbindən yüksək dəstədə çıxışlarını davam etdirməyəcəklər: “Komanda olaraq, fəaliyyəti dayandırmamışıq. Lakin maliyyə problemi ilə üzləşmişik. Məşqləri davam etdirsək də, Azərbaycan çempionatında oynamayacağımız barədə qərar vermişik. Növbəti mövsümə gəlincə, yenə də hər şey puldan asılıdı. Yəni sponsor tapsaq, oynayacağıq”.

Qəhrəmanov bildirib ki, komandanı bir yerə yığmaqda voleybolçuların müxtəlif sahədə çalışması problem yaradıb: “Komanda üzvləri voleybola görə əmək haqqı almır. Uşaqların hamısı demək olar ki, müxtəlif zavodlarda işləyirlər. Onların saatına hardasa 2,70, gününə 20 manatdan artıq pul düşür. Bu isə o deməkdi ki, çempionat ərəfəsində hər dövrədə onları işlərindən 5 gün ayırmaq təxminən 100 manatdan artıq edir. Bunu isə verən yoxdu. Gərək özüm verəm. Mənim də o imkanım yoxdu”.

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan çempionatında 10 turdan sonra sonuncu pillədə qərarlaşmışdı.

Tarix
2017.02.18 / 00:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla