Yuxarı

BOA-nın prezidenti Bakıya gəlir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos aprelin 26-29-da Bakıda səfərdə olacaq. O, Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumun işində iştirak edəcək.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, İ. Kuvelos artıq bir neçə dəfə Bakıda olub və müvafiq qurumlarla akademiya ilə Azərbaycan arasında əlaqələrin gələcək perspektivləri, "Bakı 2015" ilk Avropa Oyunları çərçivəsində akademiya ilə həyata keçiriləcək layihələrə dair müzakirələr aparıb.

1961-ci ildə Yunanıstanda təsis olunmuş akademiya Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında fəaliyyət göstərir və mütəmadi olaraq idmanın fəlsəfi və ideoloji problemlərinə, Olimpiya hərəkatının tarixinə və digər məsələlərə həsr olunmuş seminarlar təşkil edir.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda çox sayda sabiq dövlət və hökumət başçısı ilə yanaşı, bir sıra beynəlxalq qurumların rəhbərləri və təmsilçiləri də iştirak edəcək.

Tarix
2014.04.23 / 20:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla