Yuxarı

Cüdoçumuz Avropa çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulub.

APA-nın məlumatına görə, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha bir qızıl medal əlavə edib. Avropa çempionatının ilk mərhələsindən azad olan Elxan Məmmədov mübarizəyə Vinçenzo d Arko (İtaliya) ilə görüşlə start verib. Rəqibindən üstün olan dünya çempionumuz 1/8 finalda Latviya idmançısı Arturs Nikiforenkoya gücünü göstərib. Məmmədov 1/4 finalda israilli Peter Paltçikdən də güclü olaraq, yarımfinala adlayıb.

Maraqlıdı ki, yarımfinalda Elmar Qasımov və Elxan Məmmədov bir-birləri ilə güləşiblər. Daha güclü olan Məmmədov finala adlayıb. O, fransalı Kiril Mareti ipponla yolundan kənarlaşdıraraq qitənin ən güclüsü adını qazanıb.

Qeyd edək ki, turnirin geridə qalan iki günündə millimiz aktivinə 4 medal yazdırıb. 73 kq çəki dərəcəsində Hidayət Heydərov qızıl medala sahib olduğu halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) “bürünc”lə kifayətləniblər.

Tarix
2017.04.22 / 21:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla