Yuxarı

Bakı Yay Olimpiya Oyunları üçün namizədliyini verir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunları üçün namizədliyini verə bilər.

APA-nın məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov açıqlayıb.

Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının yekununa həsr olunmuş mətbuat konfransında çıxış edən nazir ölkəmizin daha böyük yarışa – Olimpiadalara ev sahibliyi haqda da danışıb.

O bildirib ki, əvvəllər də bir neçə dəfə bu yarışın təşkilatçılıq hüququnu əldə etməyə iddia edən Bakı bu istəyini 2028-ci ildə gerçəkləşdirə bilər: “2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədlər arasında Azərbaycan yoxdu. Artıq iki iddiaçı qalıb. 2028-ci il üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciətlər 2020-ci ildə gerçəkləşəcək. Buna Azərbaycan prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti qərar verəcək. Müraciət edərkən bizim infrastrukturumuzun hansı səviyyədə olduğuna da baxmalıyıq. Məsələn, bizdə üzgüçülük hovuzu 6 min tamaşaçı tutumuna malikdi. Olimpiya Oyunları üçün isə bu rəqəmin 18 min olması zəruridi. Həmçinin bir sıra idman qurğularımızda da belə hallar müşahidə olunur. Həmin vaxta qədər müəyyən dəyişikliklərin olması mümkündü”.

Tarix
2017.05.23 / 18:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla