Yuxarı

“Baku” “London”u darmadağın etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Baku” “London”u darmadağın etdi

Komandamız İngiltərədə "2013-2014 futzal mövsümü"nün lideridir

İngiltərə futzal liqasında çıxış edən "Baku United" komandası ölkə çempionatının liderinə çevrilib. Cənub qrupunun favoriti olan komanda indiyədək 5 oyun keçirib və onların hamısında böyük xal fərqləri ilə qələbə qazanıb.

Noyabrın 17-də bakılılar "Citi of London" komandasını 12-0 hesabı ilə məğlub edib. Bundan əvvəl Kaunas komandasını 13–0, " Helvesian"ı 4-2, "Siauliain"i 11-2, həmçinin "Genezis"i 11-2 hesabları ilə məğlubiyyətə uğradan "Baku United" İngiltərə "2013-2014 futzal mövsümü"nün ən çox xal yığan klubudur. Sonrakı yerdə 15 xalla "Helvesia" klubu gəlir. Baku United futzal klubundan verilən məlumata görə, komanda bu mövsümdə də İngiltərə çempionu olmaq niyyətindədir. Məqsədə nail olmaq üçün komanda heyəti yeni oyunçular hesabına gücləndirilir, əsas heyətə güclü Portuqaliya milli yığmasının kapitanı, Avropanın aparıcı klubu olan "Barselona" komandasının müdafiəçisi, hazırda dünya ikincisi olan İspaniya milli yığmasından iki oyunçu və digər ulduz oyunçular daxil edilib. İspaniyalı məşhur məşqçi Çama Himenez komandanın məşq qrafikini gücləndirib.

Xatırladaq ki, "Baku United" İngiltərədə fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatı tərəfindən yaradılıb. Komanda heyətinə azərbaycanlılarla yanaşı ispanlar, portuqallar, ingilislər, polyaklar, serblər daxildir. Klubun prezidenti İlham Nağıyevdir.

Tarix
2013.11.18 / 13:52
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla