Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Fevral 2019


Formula-1-in vaxtı niyə dəyişdirildi? - Səbəb

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula-1 üzrə III Azərbaycan qran-prisinin 2018-ci ilin aprel ayının sonunda keçirilməsinin səbəbi açıqlanıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov APA-ya bildirib ki, gələn ilin may ayında Bakıda bir sıra əhəmiyyətli tədbirlər keçirildiyindən yarışın vaxtı dəyişdirilib:

"Gələn ilin may ayında Bakıda bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu səbəbdən müvafiq dövlət qurumları bizə müraciət edərək paddokun yerləşdiyi ərazini boşaltmağı xahiş edib. Nəticədə biz başqa tarixlər barədə düşünməyə başladıq. Ardınca biz kral birinciliyinin rəhbərliyinə müraciət etdik. İki variant var idi: aprelin sonu və ya iyunun əvvəli. Danışıqlardan sonra qran-prinin tarixinin dəyişdirilməsinə nail olduq. Bəxtimiz gətirdi ki, Rusiya tərəfi də Soçi qran-prisinin tarixini dəyişmək istədi. Nəticədə boşalan yeri biz tutduq. O ki qaldı sezonun final hissəsinə, orada hər şey həddən artıq yüklənib - biz anlayırdıq ki, ora düşməyə şansımız yoxdur. Əsas odur ki, aprel ayının sonunda hava şəraiti əlverişlidir, hətta arxada qoyduğumuz qran-prinin keçirildiyi tarixdən də yaxşıdır. Tribunalarda o qədər də isti olmayacaq. Bu səbəbdən biz daha çox azarkeş toplamağı planlaşdırırıq".

Xatırladaq ki, Formula-1 üzrə II Azərbaycan qran-prisi 23-25 iyun tarixlərində baş tutub.

Tarix
2017.07.01 / 11:23
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Şahmatçımız Moskvada erməniyə qarşı

İlin ən yaxşı kişi və qadın idmançıları

“Traktor”un tarixi matçında çəkilmiş – Maraqlı foto

Bakı bu müqaviləni niyə uzatdı? – Yeni qazanc…

Cüdoçularımız Avropada 4 medal qazandı

"Qalatasaray" qalib gəldi - 23 il sonra bir ilk

"Real Madrid"ə gözlənilməz zərbə - 10 dəqiqə ərzində

Bakıdakı final oyununa 100 gün qaldı

"Qarabağ"dan növbəti qələbə...

Rafael Ağayev vətənə əliboş qayıtmır

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla