Yuxarı

Meydanda nəticə qazanmaq üçün... - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meydanda nəticə qazanmaq üçün... - Qurbanov

“Şerif” uzunmüddətli Avropa təcrübəsinə malik bir komandadı. Rəqibimiz, demək olar ki, hər mövsüm avrokuboklarda mübarizə aparır.

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Samtredia”nı mübarizədən kənarlaşdıran Azərbaycan çempionu növbəti mərhələdə “Şerif”lə qarşılaşacaq.

Klubun rəsmi saytına açıqlamasında Moldova çempionunu dəyərləndirən Qurbanov “Şerif”ə ciddi yanaşdıqlarını söyləyib: “Rəqibin heyətində çoxlu legionerlər yer alır və heyəti yeniləyiblər. Bu da onu göstərir ki, “Şerif” bu mövsümə olduqca ciddi hazırlaşır. Komandaya italiyalı baş məşqçi rəhbərlik edir və adətən belə komandalar yüksək nizam-intizama malik olurlar. Bizi heç də asan olmayan iki oyun gözləyir. Amma uğurlu nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Tarix
2017.07.22 / 00:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla