Yuxarı

Ekajeva: Bakıda güclü rəqiblərə qarşı yarışıram

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana ilk dəfədir ki, gəlirəm. Bakı çox xoşuma gəldi. Bakıda güclü rəqiblərə qarşı yarışıram. Ümid edirəm ki, mükafatçılar sırasında yer alaram.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış şahmatçı mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin inquşetiyalı iştirakçısı Marina Ekajeva Azərtac-a məxsusi müsahibəsində deyib.

Karyerası barədə danışan M.Ekajeva diqqətə çatdırıb: “Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin İnquşetiyada seçmə mərhələsinin qalibi oldum və Bakıdakı yarışa vəsiqə qazandım. Rəqiblərim çox güclüdür. Azərbaycanlı şahmatçıların beynəlxalq arenada qazandıqları nailiyyətlərdən xəbərdaram. Ölkənizə qalib olmaq üçün gəlmişəm.

“Məşhur şahmatçı Vüqar Həşimov haqqında yetərincə məlumatlıyam. Onun qazandığı uğurlar çox qürurvericidir. Onun partiyaları ilə tanış oluram. Çünki gələcək karyeram üçün bu, çox önəmlidir. Onun bizim aramızda olmaması çox üzücüdür”, - deyə M.Ekajeva diqqətə çatdırıb.

Tarix
2017.07.26 / 20:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla