Yuxarı

Qol vuracağımı gözləmirdim - Mədətov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Açığı, qol vuracağımı gözləmirdim. Özümə də sürpriz oldu. Sevinirəm ki, belə bir xoş sürprizlə qarşılaşdım və matçda ilk qolumu vurdum.

Report-un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Mahir Mədətov Bakıda Danimarka "Kopenhagen"ini 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının ilk "pley-off" matçından sonra deyib.

Mədətov vurduğu qoldan sonra italiyalı baş hakim Paolo Talyaventonun qərarını gözlədiyini bildirib: "Topu tora göndərdikdən sonra bir anlıq tərəddüd etdim. Baş hakimə baxdıqdan sonra gördüm ki, əli yuxarı yox, mərkəzə doğrudur. Ondan sonra qol sevincimi qeyd etdim".

Gənc hücumçunun fikrincə, avqustun 23-də keçiriləcək cavab görüşü ilk matçdan da çətin olacaq: "Hələ işimiz bitməyib. Qarşıda cavab görüşü var. Komandamızın qarşısındakı məqsədə doğru getməliyik. Ona görə də boşalmaq olmaz. Səfər matçında azarkeş amili də öz sözünü deyəcək. Biz də nəyimiz varsa, ortaya qoymalı, tarix yazmalıyıq. Ən azı 2 top fərqi ilə qalib gəlsəydik, Kopenhagenə daha üstün durumda yollanardıq. 1:0 sürüşkən hesabdır. Amma böyük hesablı qələbə qazansaydıq belə, inanmıram ki, boşalacaqdıq. Çünki rəqibin adı və oyunu hamımıza bəllidir".

Mədətov hazırda cavab görüşünü yox, Azərbaycan Premyer Liqasının II turunda qarşı keçirəcəkləri ev oyununu düşündüklərini də vurğulayıb: "İndidən nə isə danışmaq istəmirəm. Bu gün uşaqlar əziyyət çəkdilər. Artıq yaxşıca dincələrək, "İnter"lə qarşıdakı çempionat matçına köklənməliyik. Daha sonra isə "Kopenhagen"lə cavab görüşünü düşünərik".

Tarix
2017.08.15 / 23:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla