Yuxarı

Həmin oyunu gözləyirəm - Prosineçki

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç millisi ilə hazırlığa vaxtımız az oldu. Azərbaycan çempionatının oyunları da davam edir. Bu, bizim üçün ilk deyil, futbolda belə hallar olur.

Axar.az xəbər verir ki, bu sözləri futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç millisinin qonağı olacaq Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki avqustun 31-də təşkil edilən mətbuat konfransında deyib.

Son iki oyunda Norveçə qarşı inamlı oynadıqlarını vurğulayan xorvatiyalı baş məşqçi deyib: “Səfərdə millimiz Norveç yığması ilə heç-heçə etdi. Bakıda isə rəqibi məğlub etdik. Rəqib komandada baş məşqçi dəyişikliyi olub. Norveç millisi revanş qazanmaq istəyəcək. Rəqibin Çexiya ilə oyununu analiz etmişik və onlar güclü təsir bağışlayırlar. Azarkeşləri maraqlı oyun gözləyir”.

Robert Prosineçki bildirib ki, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə qarşılaşmada futbolçuların oyunundan razı qaldım. Ancaq nəticə xeyrimizə olmadı. Sabah da futbolçulardan həmin oyunu gözləyirəm. Komandada ab-hava yüksəkdir. Mən komandama inanıram.

“Azərbaycan millisinə rəhbərlik etdiyim vaxtdan Namiq Ələsgərov yığmaya dəvət olunur. O, öz istedadı ilə digərlərindən fərqlənir. Şimali İrlandiya ilə oyunda Namiq son 15 dəqiqədə meydana daxil oldu və gözəl oyun nümayiş etdirdi. Renat Dadaşova gəldikdə, o, Almaniyanın “Ayntraxt” klubunun U-19 komandasında çıxış edir. Ümid edirəm ki, o da Azərbaycan millisində özünü nümayiş etdirmək üçün şans əldə edəcək. Ancaq hazırda onun əsas heyətdə yer alacağını düşünmürəm”, - deyə baş məşqçi əlavə edib.

Hazırda fikrinin Norveç və bir neçə gün sonra Bakıda təşkil olunacaq San-Marino millilərinə qarşı oyunlara yönəldiyini diqqətə çatdıran Robert Prosineçki sabah təşkil olunacaq görüş üçün əsas heyətdə iki dəyişiklik etdiyini bildirib. Qeyd edib ki, Şimali İrlandiya ilə oyundakı heyətə Namiq Ələsgərov və Mahir Mədətov əlavə olunub. Onlar Ramil Şeydayevi və Əfran İsmayılovu əvəzləyəcəklər.

Millimizin üzvü Bədavi Hüseynov oyuna ciddi hazırlaşdıqlarını vurğulayaraq deyib: “Rəqibimiz çox güclüdür. Onların oyunlarını təhlil etmişik və məşqçilər korpusu tərəfindən müəyyən tapşırıqlar almışıq. Biz də əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb azarkeşlərimizi sevindirməyə çalışacağıq.

Mətbuat konfransından sonra Norveç-Azərbaycan oyununun keçiriləcəyi Oslodakı “Ullevaal” stadionunda millimizin açıq məşqi təşkil olunub.

Matç sentyabrın 1-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Tarix
2017.09.01 / 01:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla