Yuxarı

Güləşçilərimiz 4 medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub.

Azərbaycan milli komandası sentyabrın 2-də keçirilən fərdi yarışların sonuncu günündə aktivinə daha iki medal yazdırıb.

Axar.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov dünya çempionatının bürünc medalını qazanıb. Elmar üçüncü yer uğrunda görüşdə digər cüdoçumuz Elxan Məmmədova qalib gəlib.

Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (78 kq-dan yuxarı) dünya çempionatında yalnız bir görüşdə məğlub olaraq bürünc medala layiq görülüb.

Beləliklə cüdo üzrə Azərbaycan milli komandası Budapeşt mundialını 2 gümüş və 2 bürünc olmaqla, dörd medalla yekunlaşdırıb.

Xatırladaq ki, yarışların ilk günlərində idmançılarımız Orxan Səfərov və Rüstəm Orucov gümüş medal qazanıb.

Aktivində dörd medal olan Azərbaycan yığması dünya çempionatında komanda hesabında səkkizinci yeri tutub.

Macarıstandakı dünya çempionatında 134 ölkədən 794 cüdoçu mübarizə aparıb. Azərbaycan milli komandası çempionatda 17 idmançı ilə təmsil olunub.

Tarix
2017.09.02 / 23:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla