Yuxarı

Məmmədova: "Maksimum nəticə üçün oynayacağıq"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə xaricində keçirilən təlim-məşq toplanışı zamanı voleybolçu qızlarımız altı-yeddi oyun keçirdilər. İlk oyunlarda məğlub olurduq. Çünki həmin qarşılaşmalar fiziki çalışmalar etdiyimiz dövrə təsadüf edirdi. Komandanın üzvləri yeni toplaşmışdılar. Lakin İtaliyada komandamız böyük oyun təcrübəsi toplayıb. Buna görə də komandamızın üzvləri indi kifayət qədər forma yığıb.

Axar.az xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatında mübarizə aparacaq Azərbaycan milli komandasının üzvü Valeriya Məmmədova deyib.

İtaliya, Xorvatiya və Belarus yığmalarının tezliklə Bakıya gələcəklərini və burada yoxlama oyunlarının keçiriləcəyini vurğulayan V.Məmmədova bildirib: “Düşünürəm ki, Avropa çempionatında biz ən yüksək formada olacaq və maksimum nəticə üçün oynayacağıq. Qarşıdakı yoxlama oyunlarının bizdə yorğunluq yaradacağını düşünmürəm. Əksinə, bizə hazırlıq üçün oyunlar keçirmək lazımdır. Çünki məşqin və oyunun hər birinin öz üstünlükləri var. Oyunlar keçirməklə özünü təkcə peşəkar səviyyədə yox, həm də fiziki və mənəvi cəhətdən hazırlayırsan. Yarış vaxtı isə meydanda ağılla hərəkət edirsən. Amma məşqlərdə bunlar bir o qədər hiss olunmur”.

Milli komandamızın əlverişli qrupa düşdüklərini vurğulayan idmançımız deyib ki, biz rəqiblərimizə qalib gələrək, qrup birincisi olmalıyıq. Gücümüz bu hədəfə çatmağa imkan verir. Növbəti mərhələyə lider kimi çıxmalıyıq. Hələ ki qrupdakı rəqiblərimizi təhlil etməmişik. Amma tədricən Qran-pri və başqa turnirlərdə çıxış edən rəqiblərin oyunları ilə tanış oluruq. Bütün oyunçuları praktiki olaraq tanıyırıq. Ona görə hələlik bu istiqamətdə hazırlıq getməyib. Hazırda öz səhvlərimizi təhlil edirik.

“Çempionat ərəfəsində qrupdakı rəqiblərimizlə tanış olacağıq. Hələlik formamızın ən yüksək həddində olduğumuzu deməzdim. Xorvatiya və İtaliya da fasiləsiz hazırlıqlar aparırlar. Optimal formaya düşmək üçün çalışırıq. Avropa çempionatında medal qazanacağımıza inanıram”, – deyə millimizin voleybolçusu əlavə edib.

Xatırladaq ki, sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanda və Gürcüstanda qadınlar arasında voleybol üzrə Avropa çempionatı təşkil olunacaq. On altı ölkənin milli komandasının mübarizə aparacağı çempionatın oyunları Bakıda, Göygöldə və Tbilisidə keçiriləcək.

Azərbaycan millisi Polşa, Almaniya və Macarıstan yığmaları ilə birlikdə “A” qrupunda yer alıb.

Tarix
2017.09.15 / 19:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla