Yuxarı

Nicat Muxtarov təcridxanaya köçürüldü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.09.19, 16:49

Oğurluğa görə saxlanılan futbolçu Nicat Muxtarov azad olunub.

Axar.az xəbər verir ki, bu haqda Futbol+ qəzetinin baş redaktoru Mahir Rüstəmli məlumat yayıb.

Qeyd edək ki, millimizin sabiq üzvü Nicat Muxtarovun kabel oğurluğu ittihamı ilə Sumqayıt polisi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdı.

23:59

Oğurluğa görə saxlanılan "Sumqayıt"ın futbolçusu Nicat Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.

Lent.az-ın məlumatına görə, Sumqayıt şəhər Məhkəməsində hakim Vladimir Ruvinovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatına baxılıb.

Təqdimat təmin edilib və Sumqayıtda 695 metr hava rabitə kabelini oğurlamaqda təqsirləndirilən şəxslər - Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və Nurlan Paşayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu gün futbolçu Nicat Muxtarovun sərbəst buraxılması haqda xəbərlər yayılsa da, daha sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti bunu təkzib edib.

***

“Sumqayıt” klubunun oğurluğa görə həbs edilmiş futbolçusu Nicat Muxtarov istintaq təcridxanasına köçürülüb.

Report-un məlumatına görə, futbolçu 3 saylı İstintaq Təcridxanasına etab edilib.

Məlumatda bildirilir ki, ötən gün Sumqayıt Şəhər Məhkəməsində onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəmədə N.Muxtarov əməlindən peşman olduğunu söyləyib.

Qeyd edək ki, N.Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub.

Tarix
2017.09.20 / 11:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla