Yuxarı

Türkiyənin bu stadionu UEFA üçün namizədliyini verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbuldakı Atatürk Olimpiya Stadionunun UEFA Çempionlar Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün namizədliyi irəli sürülüb.

Axar.az UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ali futbol qurumu, həmçinin bu matç üçün Portuqaliyanın “Benfika” klubunun “Estadio da Luz” stadionunun da namizəd olduğunu bildirib.

Bundan başqa, UEFA Avropa Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün Polşanın “Arena Qdansk” və Portuqaliyanın “Estadio do Draqao” stadionlarının namizədliklərini irəli sürdüklərini də açıqlayıb.

Qadınlar arasında UEFA Çempionlar Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün isə Avstriyanın “Avstriya Arena”, Belçikanın “Stade Maurise Dufrasne” və Rusiyanın “Dinamo” stadionları namizəddir.

UEFA bununla bağlı qərarını 2018-ci ilin iyununda açıqlayacaq.

Xatırladaq ki, Atatürk Olimpiya Stadionu 2005-ci ilin mayında İngiltərənin “Liverpul” və İtaliyanın “Milan” komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edib.

Tarix
2017.11.04 / 00:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəddə insident: erməni hərbçilər döyüldü - Video

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla