Yuxarı

Polis kapitanı dünya çempionatına gedir - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cüdo üzrə Azərbaycan çempionatında uğurla çıxış edərək növbəti dəfə baş mükafata sahib olan Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının taqım komandiri, polis kapitanı Hikmət Cəbiyev bu il iki mötəbər turnirdə ölkəmizin idman şərəfini qoruyacaq.

DİN-in mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, H.Cəbiyev Azərbaycan çempionatında qazandığı qələbə sayəsində bu il Meksikada keçiriləcək dünya və Şotlandiyada təşkil olunacaq Avropa çempionatına vəsiqə əldə edib.

Yarışlara DİN İdman Cəmiyyətinin cüdo bölməsinin rəhbəri Zakir Kərimov tərəfindən hazırlanan H.Cəbiyev Azərbaycan çempionatında usta cüdoçular arasında 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qalib adını qazanıb.

Polis kapitanı cüdo ilə yanaşı, ciu-citsu ilə də məşğul olur. Dəfələrlə beynəlxalq yarışlarda, ölkə çempionatlarında, polislər arasında keçirilən turnirlərdə fərqlənib və yüksək mükafatlara layiq görülüb. Onu ciu-citsu yarışlarına Əməkdar Məşqçi Rəsul Məmmədov hazırlayıb.

H.Cəbiyev, həmçinin cari ilin aprelində polislər arasında keçiriləcək ciu-citsu üzrə Avropa çempionatında da mübarizə aparacaq.

Tarix
2018.01.12 / 20:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla