Yuxarı

DİN-in əməkdaşı boks üzrə ikinci dəfə qalib oldu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-in əməkdaşı boks üzrə ikinci dəfə qalib oldu - Foto

Boks üzrə Azərbaycan birinciliyində Daxili İşlər Nazirliyinin (DİN) komendant xidmətinin əməkdaşı, polis serjantı Eldar Quliyev ikinci dəfə respublika çempionu tituluna sahib olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Boks Mərkəzində keçirilən yarışda çəkisi 81 kiloqramadək idmançılar arasında bütün rəqiblərinə qalib gələn idman ustası E.Quliyev daha böyük qələbələr qazanmaq iddiasında olduğunu bir daha təsdiq edib.

İdman ustası 1992-ci ildə Naxçıvanın Kəngərli rayonunun Şahtaxlı kəndində anadan olub. Böyük idmana gedən yolda ilk qələbəsini 14 yaşında qazanıb. Naxçıvan Muxtar Respublikasında keçirilən yeniyetmələr arasında birincilikdə bütün rəqiblərini məğlub edərək baş mükafata sahib olub. Sonra Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna və digər ölkələrdə qatıldığı beynəlxalq turnirlərdə qələbə sevincini yaşayıb.

Polis serjantı E.Quliyev sonuncu qalib olduğu ölkə çempionatı haqqında danışarkən qarşılaşmaların çox çətin keçdiyini bildirib: “Sevindirici haldır ki, ümumilikdə ölkə idmanının səviyyəsi çox artıb. Azərbaycanın bütün idmançıları dünyanın ən güclü boksçuları ilə qarşılaşmaq bacarığına malikdirlər. Ona görə də respublika çempionatında finala yüksələn idmançının beynəlxalq miqyaslı yarışlarda da üstünlük qazanmaq imkanı olur.

E.Quliyev fevralın 18-26-da Bolqarıstanda keçiriləcək “Strandja” turnirinə vəsiqə qazandığını vurğulayıb. Qarşıdakı yarışlardan danışan idmançı 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün daha çox məşq etdiyini deyib. O, yaradılan şəraitə və göstərilən qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirib.

Tarix
2018.02.03 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski İlham Əliyevi təbrik etdi

Liderlər İlham Əliyevi təbrik edir

İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz

Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla