Yuxarı

“Ələt” qalib oldu: Banişevskinin ildönümü - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsanəvi futbolçu Anatoli Banişevskinin 72-ci ildönümünə həsr olunmuş futbol turniri keçirilib.

Axar.az xəbər verir ki, AFFA, Milli Olimpiya Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə həvəskar komandalar arasında keçirilmiş turnirin final oyununda “Ələt” və “Qobustan” komandaları qarşılaşıblar.

Oyun “Ələt”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Ələt” komandasının futbolçusu Şamxal Məlikov turnirin ən məhsuldar oyunçusu olub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya kubok, xatirə medalları və diplomlar təqdim olunub.

Xatırladaq ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Banişevski “Neftçi”nin heyətində SSRİ çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. 1966-cı ildə “ağ-qaralar” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) A.Banişevski “Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.

SSRİ-nin Əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra “Neftçi”də məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda, Burkina-Fasonun gənclər yığmasında və “Kəpəz”də baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. Banişevski ölümündən bir il əvvəl "Şöhrət ordeni” ilə təltif olunub.

Tarix
2018.02.24 / 00:59
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla