Yuxarı

Prezident meydançaya silahla girdi: Hakim, sən öldün!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Super liqasının 25-ci həftəsində PAOK-AEK qarşılaşmasında qalmaqallı hadisə yaşanıb.

Axar.az xəbər verir ki, ev sahibi komandanın 90-cı dəqiqədə vurduğu qol sayılmadığı üçün klubun prezidenti İvan Savvidis silahla meydançaya daxil olub.

Məlumata görə, oyun öncəsi AEK 54 xalla zirvədə, PAOK isə 52 xalla üçüncü pillədə qərarlaşıb. 90-cı dəqiqədə gələn qələbə topu ilə zirvəni ələ keçirən PAOK-un qolu sayılmadıqdan sonra hakimlər bir müddət epizodu öz aralarında müzakirə edib. Bu zaman tribunalarda gərginlik yaşanıb. Meydançaya enən PAOK prezidenti hakimi “Hakim, sən öldün” deyərək təhdid edib.

Hakim oyunu dayandıraraq soyunub-geyinmə otağına gedib. Saatlar sonra qol hesaba alınıb və oyunun 1-0 hesabı ilə davam edərkən təxirə salındığı bildirilib.

Faktla bağlı Yunanıstan Futbol Federasiyasının qərarı gözlənilir.

Tarix
2018.03.12 / 13:47
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla